SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında keçiriləcək "Fənərbağça" - "Qalatasaray" matçı öncəsi favoritini açıqlayıb.

BAKU.WS ensonhaber.com-a istinadən xəbər verir ki, qarşılaşmanı meydançadan izləyəcəyini bildirən ulduz futbolçu “Mənim favoritim “Qalatasaray”dır, “Qalatasaray”a azarkeşlik edəcəm” deyib:

“"Matçı izləmək üçün "Əl Avval Park" stadionuna gedəcəyəm".

Qeyd edək ki, Türkiyə Super Kubokunun final matçı sabah Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Əl-Avval Park” Stadionunda baş tutacaq. İki əzəli rəqibin matçını Abdulkadir Bitigen idarə edəcək.

BAKU.WS