SİZİN REKLAM BURADA!
055 213 76 73


Braziliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusu Neymar 2024-cü ildə Amerika Kubokunu buraxacaq deyib.

BAKU.WS-in xarici mətbuata istinadən xəbərinə görə, bu barədə Braziliya millisinin həkimi Rodriqo Lasmar məlumat verib.

31 yaşlı forvardın ayağındakı ön çarpaz bağı və meniskində yırtıq əmələ gəlib və sonra əməliyyat olunub.

Xatırladaq ki, Neymar Cənubi Amerikada 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq uğrunda Uruqvaya qarşı keçirdiyi oyunda ciddi zədə alaraq meydanı xərəkdə tərk edib.

Məlumat üçün əlavə edək ki, görüş 2:0 hesabı ilə Uruqvayın xeyrinə başa çatıb.

Onu da bildirək ki, 2024-cü il Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək.

BAKU.WS