SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bayern" (Münhen) klubunun futbolçusu Harri Keyn Bundesliqada qol rekordu qırıb.

BAKU.WS-in xarici mətbuata istinadən xəbərinə görə, o, bunu "Ştutqart"la görüşdə 2 qol vuraraq bacarıb.

Keyn qaliblərin heyətində dubl edib.

İngilis futbolçu üçün bu qollar Almaniya çempionatında 19-cu və 20-ci olub.

Bu nəticəni əldə etmək üçün forvard 14 oyun keçirib.

Onun aktivində beş məhsuldar ötürməsi var.

Xatırladaq ki, Keyn 2023-cü ilin yayında "Bayern"ə transfer olub. Bundan əvvəl o, 12 il London "Tottenhem"inin rənglərini qoruyub. 

BAKU.WS