SİZİN REKLAM BURADA!
055 213 76 73


Argentina Milli Komandası ilə Dünya Çempionatını qazandıqdan sonra karyerasında səkkizinci dəfə “Qızıl top” mükafatını qazanan Lionel Messi bu mükafatı “İnter Mayami” azarkeşləri ilə birlikdə qeyd edib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı ulduz tədbir zamanı sevənlərini həyəcanlandıran açıqçamaar da verib.

“İlk növbədə, gəldiyiniz üçün və bu gözəl mərasim üçün sizə təşəkkür etmək istəyirəm. Bu anı sizinlə bölüşmək mənim üçün inanılmaz bir şeydir.

Qısa müddətdir buradayam, amma uzun zamandır burdaymış kimi hiss edirəm.

Başlanğıcda dediyim kimi, burada keçirdiyimiz zamandan həzz alacağımıza heç vaxt şübhə etmirdim və indi gələn ilin daha da yaxşı olacağına şübhəm yoxdur. Biz əylənməyə davam edəcəyik, çempionluqlar qazanmağa davam edəcəyik və ümid edirəm ki, mən gəldiyimdən bəri olduğu kimi bizə dəstək olacaqsınız”.

BAKU.WS
VİDEO