SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının II turunun oyunu baş tutub.

Bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, I turda məğlub olan “Neftçi” səfərdə “Cəlilabad” klubunu məğlub edib.

Oyun qonaqların 90:56 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular “Cəlilabad”dan Rişon Conson (38 xal, 8 ribaund), “Neftçi”dən Maykl Karter (19 xal, 4 ribaund) olublar.

Qeyd edək ki, II turun son oyunu - “Şəki” - “Sərhədçi” qarşılaşması noyabrın 5-də baş tutacaq.

BAKU.WS