SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike komandanın hücumçusu Kilian Mbappenin "Qızıl top"u ala bilməməsinə aydınlıq gətirib.

BAKU.WS-in xəbərinə görə, bu barədə "RMC Sport" məlumat yayıb.

Mütəxəssis hesab edir ki, Mbappenin "Qızıl top"un sahibi olmaq üçün klub və ölkə səviyyəsində kifayət qədər kubokları yoxdur.

"Əlbəttə, "Qızıl top"u qazanmaq üçün Kilianın maksimum səviyyədə olduğu fərdi çıxışlardan əlavə, klub və milli komanda səviyyəsində kuboklar qazanmaq lazımdır. PSJ-də bacardıqca qalib gəlməyə çalışırıq, amma açıq-aydın Kilian millidə də uğur qazanmalıdır. Və əminəm ki, o, bir-çox "Qızıl top" qazanacaq", - deyə Enrike bildirib.

Xatırladaq ki, oktyabrın 30-da "Qızıl top" səkkizinci dəfə argentinalı futbolçu Lionel Messiyə verilib.

BAKU.WS