SİZİN REKLAM BURADA!
055 213 76 73


İngiltərənin "Mançester Yunayted" futbol klubu son altmış ildə mövsümə ən pis start verib.

BAKU.WS-in xəbərinə görə, bu barədə "OptaJoe" məlumat yayıb.

"Mançester Yunayted" 1962-1963 mövsümündən bəri ən pis startını keçirir. Erik Ten Haqın başçısı olduğu klub mövsümün ilk 15 matçının 8-də məğlub olub.

1962-1963-cü il mövsümündə isə "Mançester Yunayted" mövsümün ilk 15 görüşündən 9-da uduzub.

Qeyd edək ki, noyabrın 1-də İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində "Nyukasl"a 0:3 hesabı ilə məğlub olmuş "qırmızı şeytanlar" turnirdəki iştirakını başa vurub.

BAKU.WS