SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək “Qarabağ” - “Bayer 04" (Almaniya) oyununun biletləri satışa çıxarılır.

Biletləri sabah saat 12:00-dan iticket.az-dan almaq mümkün olacaq.

Qiymət müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən fanatlar üçün biletlərin qiyməti isə 250 manatdır.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Qeyd edək ki, noyabrın 9-da baş tutacaq qarşılaşma saat 20:45-də start götürəcək.

BAKU.WS