SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanının "Əl Nassr" komandasına transfer olunan Sadio Mane Fransadan klub alır.

BAKU.WS xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

31 yaşlı seneqallı futbolçu Fransanın 4-cü liqa komandası "Burj Fut 18"i almağa hazırlaşır.

Məlumata görə, Almaniyanın "Bavariya" klubuna böyük məbləğə transfer olunan Mane hazırda Fransa klubunun sahibləri ilə intensiv danışıqlar aparır.

Ulduz futbolçunun uzun müddətdir ki, futbol klubuna sərmayə qoymaq istədiyi bildirilir.

BAKU.WS