SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Superliqasının son çempionu “Qalatasaray” və kubokun qalibi “Fənərbaxça” arasında TFF Superkubokunun final matçının Səudiyyə Ərəbistanında oynanılacağı açıqlanıb.

BAKU.WS xəbər verir ki, məlumatı Türkiyə Futbol Federasiyası (TFF) yayıb.

Bildirilib ki, oyun dekabrın 30-u, Bakı vaxtı ilə saat 21:00-da Əl-Riyadda başlanacaq.

Qeyd edək ki, bir müddət öncə görüşün Bakıda təşkil ediləcəyi ilə bağlı iddialar var idi.

Lakin TFF prezidenti Mehmet Büyükekşi son açıqlamasında Səudiyyə Ərəbistanı variantının daha qazanclı olduğunu bildirmişdi.

BAKU.WS