SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bavariya"nın baş direktoru Yan-Kristian Driesen klubun futbolçusu Nossaira Mazraouinin Fələstinə dəstək məqsədi ilə sosial şəbəkələrdə paylaşımlara görə məşqdən uzaqlaşdırılması xəbərini təkzib edib.

BAKU.WS xəbər verir ki, bu barədə Münhen klubunun saytı məlumat yayıb: 

“Mazraoui bizi inandırdı ki, sülhsevər bir insan olaraq terroru və müharibəni qətiyyətlə rədd edir. O, yazdıqlarının cəmiyyətdə qıcıqlanmaya səbəb olmasından təəssüf hissi keçirir”.

Xatırladaq ki, 25 yaşlı müdafiəçi sosial şəbəkələrdə Fələstin xalqını dəstəkləyən yazı dərc edərək, "Biz birlikdə güclüyük" sözlərini yazıb.

Bu mövsüm Mazraoui Münhen klubunun heyətində 9 oyun keçirib və o, iki məhsuldar ötürmə edib.

BAKU.WS