SİZİN REKLAM BURADA!
055 213 76 73


Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən Avropa çempionatında qızıl medallar qazanıblar.

"Report" xəbər verir ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü uğurlu çıxış edib.

Onlar balans hərəkətlərində birinci yeri tutublar.

Bundan əlavə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük templə hərəkətlərdə qızıl medala sahib çıxıblar.

BAKU.WS