SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə millisinin "Real Madrid"də çıxış edən futbolçusu Arda Gülər "​​Golden Boy" mükafatları siyahısında finala yüksələn 25 futbolçudan biri olub.

BAKU.WS xəbər verir ki, "Fənərbağça"dan "Real Madrid"ə transfer olunan Arda Gülər ​​2003-cü ildən Avropa liqalarında çıxış edən 21 yaşa qədər ən yaxşı futbolçuya verilən "​​Golden Boy" mükafatına "Tuttusport" tərəfindən namizəd göstərilib.

O, 100 nəfərlik siyahıda yeganə türk futbolçu kimi də diqqət çəkib.

"Golden Boy" mükafatının finalına yüksələn 25 futbolçu aşağıdakılardır: Jude Belingham, Jamal Musiala, Xavi Simons, Antonio Silva, Alejandro Balde, Florian Wirtz, Benjamin Sesko, Giorgo Scalvini, Rasmus Hojlund, Levi Colwill, Johan Bakayoko, Milos Kerkez, Arthur Vermeeren, Evan Ferguson, Lucas Gourna-Douath, Warren Zaire-Emery, Ousmane Diomande, Arnau Martinez, Mathys Tel, Andy Diouf, Arda Güler, Bilal El Khannouss, Martin Baturina, Joao Neves, Lamine Yamal".

Qeyd edək ki, "Real Madrid"ə transfer olunduqdan sonra zədə alan Arda Gülər ​​sağaldıqdan sonra məşqdə yenidən zədələnib. Müalicə prosesini başa vuran 18 yaşlı futbolçu yenidən komanda ilə məşqlərə başlayıb.

BAKU.WS