SİZİN REKLAM BURADA!
055 213 76 73


Leverkuzen "Bayer"nin baş məşqçisi Xabi Alonso 2024/25 mövsümündən etibarən "Real Madrid"in baş məşqçisi təyin olunacaq.

BAKU.WS xəbər verir ki, bu barədə "Marca"nın məlumatında deyilir.

İyul ayında Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodriqes "qaymaqlılar"ın hazırkı baş məşqçisi Ançelottinin 2024-cü ildə Braziliya millisinə keçəcəyini açıqlamışdı.

Qeyd edək ki, 41 yaşlı Alonso 2022-ci ildən "Bayer" (Leverkuzen) klubuna rəhbərlik edir. Bu mövsüm onun yetirmələri Bundesliqada 5 turdan sonra 13 xalla ikinci pillədə qərarlaşıb.

Alonso həmçinin futbolçu kimi 2009-2014-cü illərdə "Real Madrid"də çıxış edib.

BAKU.WS