SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"dan "Pendikspor"a transfer olunan norveçli futbolçu Fredrik Midtsjö komanda ilə vidalaşıb.

BAKU.WS xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Bu möhtəşəm klub üçün oynaya bildiyimə görə minnətdarlıq və qürur duyuram. Texniki heyətə, oyunçulara və azarkeşlərə dəstəyə və birlikdə yaratdığımız gözəl anlar üçün təşəkkür edirəm. Sizi hər zaman dəstəkləyəcəyəm", - deyə norveçli yazıb.

Qeyd edək ki, Midtsjö "Qalatasaray"da 28 oyun keçirərək, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

BAKU.WS