SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerikanın qarışıq döyüş növləri üzrə döyüşçüsü Şon Striklend orta çəkidə çempionluq kəməri uğrunda döyüşdə Yeni zelandiyalı İsrael Adesanyaya qalib gəlib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, qarşılaşmanın bütün beş raundunun yekununda Striklend yekdil qərarla mükafatlandırılıb. Döyüş Sidneydə keçirilən UFC-293-ün əsas hadisəsi olub.

Nəticədə titulun əvvəlki sahibi Adesanya kəmərdən məhrum olub, Striklend orta çəkidə yeni UFC çempionu olub. 32 yaşlı döyüşçünün karyerasında 5 məğlubiyyəti, 28 qələbəsi var.

BAKU.WS