SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ" FK-nın baş meneceri Asif Əsgərov səs çoxluğu ilə növbəti 4 ildə İcraiyyə Komitəsinə üzv seçilib.

BAKU.WS xəbər verir ki, bu barədə “Qarabağ” klubu məlumat yayıb. 

Qeyd olunub ki, Berlində Avropa Klublar Birliyinin (European Club Association) Baş Assambleyası keçirilib.

Qurumun 2023-2027-ci illər üçün İcraiyyə Komitəsinə üzvlərin seçimi baş tutub.

"Qarabağ" FK-nın baş meneceri Asif Əsgərov səs çoxluğu ilə növbəti 4 ildə İcraiyyə Komitəsinə üzv seçilib. Bununla da, Asif Əsgərov beynəlxalq futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olub.

Asif Əsgərov 2017-ci ildən ECA işçi qrupunun üzvü, 2019-cu ildən isə katibi olub.

2008-ci ildə təsis olunmuş ECA UEFA-nın tanıdığı yeganə klub təşkilatıdır.

ECA-nın rəhbəri PSJ-nin prezidenti Nasser Əl Xələfidir.

BAKU.WS
QALEREYA