SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda ilk dəfə təşkil olunan ikinci futbol liqasının ilk turunun oyunlarının birində kuryoz hadisə olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Şəmkir" və "Kür-Araz" komandalarının oyununun ikinci hissəsində meydançaya anidən iki it daxil olub.

Bu səbəbdən oyunda bir neçə dəqiqəlik fasilə yaranıb.

Futbolçuların müdaxiləsindən sonra itlər meydançadan kənarlaşıb.

Qeyd edək ki, oyun Peşəkar Futbol Liqasının rəsmi saytı tərəfindən canlı yayımlanıb və matç 3:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

BAKU.WS