SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bakıda qızıl medal qazandığımı üçün çox sevinirəm”.

“Report”un məlumatına görə, bunu Bakıda təşkil edilən dünya çempionatında kişilər arasında 300 metr məsafəyə tüfəngdən üç mövqedə atəşaçma növündə qızıl medal qazanan Polşa idmançısı Masiey Kovaleviç deyib.

Atıcı mükafatlandırma mərasimindən sonra uğurunu şərh edib: “Yarışla bağlı təəssüratlarım yüksəkdir. Bakı mənim üçün heç də yad şəhər deyil.

Əvvəllər də bura gəlmişəm. Bu, heç də asan olmadı. Amma öhdəsindən gələ bildik. Polşanın hərbi tüfəng komandasının da üzvüyəm.

Bu üzdən atəş açmağı çox sevirəm. Atışın növü və məsafəsi mənim üçün elə də əhəmiyyət kəsb etmir. 300 metr məsafədən atəşaçma yarışlarını çox sevirəm. Bununla belə, digər növlərdə də yarışıram”.

Qeyd edək ki, Masiey Kovaleviç 587 xal toplayaraq, dünya çempionluğuna yiyələnib.

BAKU.WS