SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.

II raundda Azərbaycan çempionu “Qarabağ”ı üstələyən Polşa təmsilçisi “Rakuv” növbəti rəqibi olan Kipr “Aris”ini hər iki görüşdə məğlub edərək pley-offa yüksəlib.

Bundan əlavə İstanbul təmsilçisi səfərdə olduğu kimi öz meydanında da Sloveniya çempionundan üstün olub. 

Yalnız Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya “Dinamo”su mərhələnin ilk matçını keçirib. Zaqreblilər öz meydanlarında Yunanıstan AEK-inə minimal hesabla uduzublar. Emreli komandası hesabda öndə olarkən fasilədən sonra meydana daxil olub. “Dinamo” ilə AEK arasında cavab matçı avqustun 19-da keçiriləcək.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunları

“Aris” (Kipr) – “Rakuv” (Polşa) – 0:1 (ilk oyun 1:2)

“Makkabi” (Hayfa, İsrail) – “Slovan” (Slovakiya) – 3:1 (2:1)

“Molde” (Norveç) – “Klaksvik” (Farer adaları) – 2:0 (1:2)

“Sparta” (Çexiya) – “Kopenhagen” (Danimarka) – 3:4 (0:0)

“Qalatasaray” (Türkiyə) – “Olimpiya” (Sloveniya) – 1:0 (3:0)

TSC (Serbiya) – “Braqa” (Portuqaliya) – 1:4 (0:3)

“Servett” (İsveçrə) – “Reyncers” (Şotlandiya) – 1:1 (1:2)

“Şturm” (Avstriya) – PSV (Niderland) – 1:3 (1:4)

“Marsel” (Fransa) – “Panatinaikos” (Yunanıstan) – 2:1, penaltilərlə - 3:5 (0:1)

İlk oyun: “Dinamo” (Zaqreb, Xorvatiya) – AEK (Yunanıstan) – 1:2

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-23-də və 29-30-da baş tutacaq.

BAKU.WS