SİZİN REKLAM BURADA!
055 213 76 73


Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun Azərbaycana gəlməsi xəbərinə münasibət bildirilib.

BAKU.WS xəbər verir ki, bu barədə olke.az saytına açıqlama verən “WBC boks” konvensiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi Gil Sanandros Kastelio yayılan xəbəri yalanlayıb. O, qeyd edib ki, ulduz futbolçunun beynəlxalq səviyyədə olan təbliğat işlərinə onların media komandası nəzarət edir:

“Ümumiyyətlə, bizim layihələrin sifarişi minimum altı ay öncədən müraciət əsasında təşkil olunur. İlkin danışıqlar gedir, sonda bizim tərəfimizdən ilk mərhələyə razılıq veriləndən sonra növbəti addımlar müzakirə olunur. Azərbaycandan isə bizə son illər heç bir müraciət daxil olmayıb. Tamamilə yalan məlumatdır”.

***09:54

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Azərbaycana gələcək.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edən 38 yaşlı hücumçu Bakıya səfər edəcək.

Ronaldo şirkətlərdən birinin reklam siması olacaq. Ulduz futbolçu ilə görüş və korporativ imza mərasiminin keçirilməsi planlaşdırılır. Artıq tərəflər bütün detalları razılaşdırıblar, müqavilə hazırlanıb.

Səfərin dəqiq tarixi hələlik açıqlanmır.

BAKU.WS