SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın qadın atleti Lamiyə Vəliyeva Çinin Çendu şəhərində keçirilən 31-ci Ümumdünya Yay Universiadasında yarımfinala yüksəlib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, idmançımız 400 metr məsafəni 55.48 saniyəyə qət edib. Vəliyeva bununla həm böyüklər, həm də 23 yaşadək qadınlar arasında Azərbaycan rekordunu da yeniləyib.

Fəxriyyə Tağızadə isə uzunluğa tullanma üzrə yarışda 5.78 metr nəticə ilə mübarizəni təsnifat mərhələsində dayandırıb.

BAKU.WS