SİZİN REKLAM BURADA!
055 213 76 73


“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan verilən məlumata görə, braziliyalı sol vinger Andre Şinyaşiki ilə iki illik müqavilə bağlanıb.

Mərkəz hücumçusu mövqeyində də oynayan 26 yaşlı futbolçu komandanın heyətində 9 nömrəli formanı geyinəcək.

Şinyaşiki son olaraq ABŞ-də “Şarlott” klubunun formasını geyinib. “Transfermarkt” portalına görə, onun dəyəri üç milyon avrodur.

BAKU.WS