SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda "Qarabağ" və Polşanın "Rakuv" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Ağdam təmsilçisindən BAKU.WS-ə verilən məlumata görə, qarşılaşma üçün 22 min bilet satılıb.

Bakı Olimpiya Stadionunda təşkil olunacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manatdır.

BAKU.WS