SİZİN REKLAM BURADA!
055 213 76 73


“Neftçi” yeni transferləri - Mark Tamaş və Ervin Koffini Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə oyunlar üçün UEFA-ya sifariş edib.

Qurumun rəsmi saytının yaydığı məlumata görə, komandadan Mateus Saldanyanın adı siyahıdan çıxarılıb. Bununla da iştirak ərizəsində olan oyunçuların sayı 27-yə çatıb.

Qeyd edək ki, “Neftçi” və “Jelezniçar” arasında ilk oyun iyulun 27-də Sarayevoda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab oyunu avqustun 3-də Bakıda keçiriləcək.

BAKU.WS