SİZİN REKLAM BURADA!
055 213 76 73


“Neftçi” İdman Klubu Futbol Akademiyası”nın infrastrukturunun təkmilləşdirilməsi və gücləndirilməsi nəzərdə tutulur.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu “Neftçi”nin Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.

R.Nəcəf qeyd edib ki, ümumi strategiya formalaşdırılıb və yeni idarəetmə sistemi qurulub:

“Bu prosesdə bir neçə bacarıqlı məşqçi ilə görüşlər keçirdik. Bizim seçimimizdə əsas meyar “Neftçi”nin qarşısına qoyduğu əsas hədəfləri anlayan, məqsədlərimizə çatmaqda daim bizimlə olmağa hazır peşəkar məşqçini müəyyənləşdirməkdir”.

BAKU.WS