SİZİN REKLAM BURADA!
055 213 76 73


Kamran Quliyev “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti vəzifəsindən azad edilib.

BAKU.WS xəbər verir ki, bu barədə "ağ-qaralar"ın rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Paytaxt təmsilçisi ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, 2018-ci ildən kluba rəhbərlik edən Kamran Quliyevin rəhbərliyi dövründə “Neftçi” PFK ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.

BAKU.WS