SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan karateçiləri Okinavada keçirilən beynəlxalq yarışlarda KATA və Kumite üzrə beş qızıl və bir gümüş medal qazanıblar.

Bu barədə Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti Adnan Əhmədzadə tviterdə bildirib.

"Koşiki-do Karate Federasiyasının idmançıları 22-23 iyul tarixlərində Okinavada keçirilən beynəlxalq yarışlarda KATA və Kumite üzrə beş qızıl və bir gümüş medal qazanıblar.

Çempionlarımız Sevinc, Nazim, Kənanı və Azərbaycan Koşiki-do Karate Federasiyasını təbrik edirəm!", - A.Əhmədzadə qeyd edib.

BAKU.WS