055 213 76 73
“V İslam Həmrəyliyi Oyunlarında güləşçilərimiz uğurlu çıxışları ilə yadda qaldı. İslamiadada 8-i qızıl olmaqla, ümumilikdə 23 medal qazanan pəhləvanlarımızın göstərdiyi yüksək nəticə Azərbaycan güləşinin gələcəyinə inamı daha da artırır”.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında yazıb.
“Bu əzmkar qələbə ilə komandamıza və ölkəmizin layiqincə təmsil olunmasına mühüm töhfə verən güləşçilərimizi və məşqçi heyətini təbrik edirik”, - nazir əlavə edib.
Our wrestlers were remembered for their successful performances at the 5th Islamic Solidarity Games (@2021Konya). High result of our athletes, who won a total of 23 medals in the Games, 8 of which are gold, increases the confidence in the future of #Azerbaijaniwrestling.
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 13, 2022
1/2