SİZİN REKLAM BURADA!
055 213 76 73


Rumıniyanın Ployeşti şəhərində davam edən yeniyetmə oğlan boksçular arasında Avropa birinciliyində Azərbaycan və Türkiyə idmançıları bir-birlərinin formaları üzərindəki bayraqları öpərək həmrəylik nümayiş etdiriblər.

Bu barədə “Report” Türkiyənin Boks Federasiyasına istinadən xəbər verir.

Qeyd edilir ki, Türkiyənin 50 kq çəki dərəcəsində idmançısı Ahmet Yasir Yılmaz azərbaycanlı boksçu Sübhan Babayevlə qarşılaşıb.

Qarşılaşmada qalib gələn Sübhan Babayev qələbə sevincini yaşamadan Ahmet Yasiri qucaqlayıb. S.Babayev Ahmet Yasirin geyindiyi formanın üzərindəki Türkiyə bayrağını öpüb.

Belə olduqda Ahmet Yasir də rəqibinin forması üzərindəki Azərbaycan bayrağını öpərək ona qarşılıq verib. Boksçuların bu hərəkəti tribunalarda böyük alqışlarla qarşılanıb.

Eyni dostluq jesti 60 kq çəki dərəcəsində yarışda da baş tutub. Türkiyə təmsilçisi Baran Dinç azərbaycanlı rəqibi Mirhəsən İbrahimi məğlub etdikdən sonra rəqibini qucaqlayıb və onun formasının üzərindəki Azərbaycan bayrağını öpüb. İdmançılar qucaqlaşaraq, dostluq mesajı veriblər.

Türkiyə Boks Federasiyası bu iki görüntünü tviterdəki sosial hesabında “İki dövlət, bir millət” mesajı ilə paylaşıb.

BAKU.WS
QALEREYA