SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"la transfer danışıqları davam edən argentinalı futbolçu Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Nara xəstəliyi ilə bağlı ilk dəfə danışıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Nara xəstəxanaya öz istəyi ilə daxil olduğunu bildirib.

O, bəzi analizlərinin pis olduğunu, lakin dəqiq diaqnozun qoyulmadığını, müayinələrin hələ də davam etdiyini və şəxsi həyatı ilə bağlı əlavə açıqlama verməyəcəyini söyləyib.

Sosial şəbəkə hesabından paylaşım edən menecer evdə olduğunu qeyd edib və narahatlıqlarını övladlarından gizlətməyə çalışdığını vurğulayıb:

"Hər bir ana kimi mən də qorxu və narahatlığımı övladlarımdan gizlətməyə çalışdım. Təəssüf ki, cümə günü bir jurnalistin məndə olmayan xəstəliyimlə bağlı diaqnoz qoyduğunu gördüm. Hazırda evdəyəm. Analiz nəticələrini gözləyirik".

Xatırladaq ki, bir nüçə gün öncə argentinalı jurnalist Xorxe Lanata Vanda Naranın leykoz xəstəliyinə tutulduğunu iddia edib.

BAKU.WS