SİZİN REKLAM BURADA!
055 213 76 73


Polşada keçirilən III Avropa Oyunlarının açılış mərasimi başa çatıb.

“Report”un Krakova ezam olunmuş əməkdaşının məlumatına görə, sözügedən şəhərdə keçirilən mərasimdə iştirakçı komandaların paradından sonra rəsmi şəxslərin - Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos, Avropa Oyunlarının təşkilat komitəsinin sədri Yaçek Sasin və Polşa prezidenti Anjey Dudanın çıxışları olub.

Azərbaycan komandası da paradda iştirak edib. Ölkənin adı yazılan lövhəni və bayrağı Yaylagül Ramazanova (oxatma) ilə Barat Quliyev (qılıncoynatma) daşıyıb.

Qeyd edək ki, Azərbaycan idmançıları Avropa Oyunları zamanı Polşanın 5 müxtəlif şəhərində mübarizə aparacaqlar. Rəsmi keçidə yalnız Krakovdakı yarışlarda iştirak edəcək idmançılar qatılıblar.

Tədbirdə, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın müraciəti səsləndirilib.

Son olaraq Oyunların məşəli arenaya gətirilib və stadiondakı məşəl alovlandırılıb. Bununla da III Avropa Oyunları açıq elan olunub.

Mərasim atəşfəşanlıqla yekunlaşıb.

BAKU.WS
VİDEO

QALEREYA