SİZİN REKLAM BURADA!
055 213 76 73


Mərakeş millisinin və "Çelsi"nin yarımmüdafiəçisi Hakim Ziyeş Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçəcək.

BAKU.WS-in xəbərinə görə, bu barədə insayder Fabrizio Romano bildirib.

Məlumata görə, Kriştiano Ronaldonun çıxış etdiyi klub Ziyeş və hazırki klubu barədə transferlə bağlı şifahi razılığa gəlib.

Hələki şəxsi müqavilənin şərtləri razılaşdırılır.

Tərəflər razılığa gələrsə, klub futbolçu ilə 2026-cı ilə qədər müqavilə imzalayacaq.

Qeyd edək ki, Ziyeş 2020-ci ildən "Çelsi"də çıxış edir. 30 yaşlı mərakeşli ötən mövsüm bütün turnirlərdə 24 oyun keçirib və 3 məhsuldar ötürmə edib.

BAKU.WS