SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın MMA döyüşçüsü Mehman Məmmədov Yaponiyanın Osaka şəhərində keçirilən "Rizin 41" turnirində qələbə qazanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, o, yerli idmançı Yusaku Nakamura ilə qarşılaşıb.

Məmmədov rəqibinə cəmi 20 saniyəyə nokautla qalib gəlib.

Döyüşçü açıqlamasında ona yenidən şans verdiyi üçün Rizin təşkilatına təşəkkür edib: "Daha yaxşı mübarizə apararaq burada qalmaq istəyirəm. Bu, tək mənim yox, bütün Azərbaycanın qələbəsidir".

Qeyd edək ki, bu gün Vüqar Kərəmov "Rizin 41"də yaponiyalı Yoşinori Horie ilə üz-üzə gələcək.

BAKU.WS
QALEREYA