SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA-nın 2022-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən klublara ayırdığı maliyyə vəsaiti bəlli olub.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə AFFA-nın növbəti konfransında bildirilib. Qeyd olunub ki, Avropa futbol qurumu səkkiz kluba ümumilikdə 28 milyon 924 min 10 manat ödəyib.

“Qarabağ”a 24 497 200 manat, “Neftçi”yə 1 635 397 manat, “Zirə”yə 961 395 manat, “Qəbələ”yə 847 787 manat, “Sumqayıt”a 847 787 manat, “Sabah”a 320 749 manat, “Şamaxı”ya 165 465 manat, “Səbail”ə isə 146 931 manat ödəniş edilib.

Ümumi məbləğ 2021-ci ildə Azərbaycan klublarına ödənilən məbləğdən 12 milyon 627 min 912 manat çoxdur.

Qeyd edək ki, klubların avrokuboklarda çıxışı və digər layihələrlə əlaqədar UEFA-dan ayrılan maliyyə vəsaitləri AFFA-nın hesabına və müvafiq olaraq assosiasiya tərəfindən klubların hesabına köçürülüb.

BAKU.WS