SİZİN REKLAM BURADA!
055 213 76 73


"Oyuna görə sevinirik. Çünki biz idarə edirdik. Bu matçı təkrarlamalıyıq. "Barselona" bugünkü qələbəyə layiq deyildi, bu, açıq-aydın görünür".

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Barselona" ilə ilk yarımfinal matçında komandasının məğlubiyyətini şərh edərkən deyib.

"Yaxşı və gərgin oyun oldu. "Barcelona"nın topa sahib olması sadəcə 40% idi. Qarşılaşma bizim istədiyimiz kimi alındı. Onların topa hakim olmasına imkan vermədik. Oyuna nəzarət etdiyimiz üçün matçdan razı qaldıq. Bu intensivliyi təkrarlasaq, şansımız olacaq. "Barselona"nın "Kamp Nou"da müdafiədə belə bir oyunu təkrarlayacağını düşünmürəm", - məşqçi matçdan sonra deyib.

Xatırladaq ki, "Santyaqo Bernabeu" stadionunda keçirilən görüş Kataloniya təmsilçisinin 0:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Real Madrid"in müdafiəçisi Eder Militao 26-cı dəqiqədə topu öz qapısına göndərib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 5-də "Kamp Nou"da keçiriləcək.

BAKU.WS