SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın məşhur MMA döyüşçüsü Rafael Fiziyev paylaşımı ilə diqqət çəkib.

BAKU.WS-in xəbərinə görə, o sosial şəbəkə hesabında fotosunu dərc edərək fiziki formasını nümayiş etdirib.

Hazırda Fiziyev təlim-məşq toplanışı keçdiyi Tailanddadır.

Qeyd edək ki, "Ataman" ləqəbli Rafael Fiziyev UFC-də keçirdiyi son 6 döyüşündə rəqiblərə qalib gələrək yüngül çəkidə kəməri qazanmağa əsas namizədlərdən biri olub. Fiziyev son döyüşdə Braziliya təmsilçisi Rafael dos Anjosla qarşılaşıb və son raundda rəqibini nokautla məğlub edərək qələbə qazanıb. Növbəti döyüşdə Rafael amerikalı Castin Qeytji ilə görüşəcək. Döyüş mart ayının ortalarında baş tutacaq.

BAKU.WS
QALEREYA