DÇ-2022: Mundiallar tarixində ilk dəfə bir matça qadın baş hakim təyin olunub

29
noy
2022
23:39
Qətərdə keçirilən dünya çempionatında bir ilk yaşanacaq.
BAKU.WS “report”a istinadən xəbər verir ki, FIFA E qrupunun III turunun Almaniya – Kosta Rika matçına mudiallar tarixində ilk dəfə qadın baş hakim təyin edib.
Fransalı Stefani Freppart sözügedən oyunda əsas idarəedici olacaq.
Ona həmcinsləri – braziliyalı Neuza Bek və meksikalı Karen Diaz Medina laynsmanlar qismində yardımçı olacaqlar.
Matçın dördüncü hakimi honduraslı Said Martinez təyin edilib.
Qeyd edək ki, Almaniya – Kosta Rika oyunu dekabrın 1-də, saat 23:00-da başlayacaq.
Oxşar xəbərlər
DÇ-2022: Seneqal millisi pley-offa yüksəlib - YENİLƏNİB
Seneqal millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb. Afrika təmsilçisi A qrupunun sonuncu - III turunda Ekvadorla üz-üzə...
