SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bakıda keçiriləcək Premyer Liqa turniri mövsümün sonuncu yarışı olacaq".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu WKF (Ümumdünya Karate Federasiya) prezidenti Antonio Espinos Bakıda keçiriləcək karate üzrə Premyer Liqa yarışının mətbuat konfransında deyib.

O bildirib ki, oktyabrda keçiriləcək Los Anceles Premyer Liqa turniri ləğv olunduğundan, Bakıdakı yarış mövsümün son turniri olacaq: "Biz istəyirdik ki, mövsüm ərzində 5 Premyer Liqa turniri keçirək. Ancaq mümkün olmadı. Artıq yenisi olmayacaq. Bunun üçün deyə bilərəm ki, Bakıda 2022-ci ilin sonuncu Premyer Liqa turniri keçiriləcək".

O daha sonra Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarının finalında hakim haqsızlığı ilə üzləşmiş Asiman Qurbanlının Səudiyyə Ərəbistanı idmançısı Tareq Hamedi ilə görüşündən danışıb: "Həmin final matçını yaxşı xatırlayıram. Düşünürəm ki, çox yaxşı görüş oldu. Hər iki idmançı top atletlərdir. Sadəcə, bunu deyə bilərəm ki, yaxşı görüş keçdi".

Qeyd edək ki, Premyer Liqa 2 - 4 sentyabrda Heydər Əliyev adına İdman Kompleksində baş tutacaq.

BAKU.WS