SİZİN REKLAM BURADA!
055 213 76 73


Finlandiyanın paytaxtı Helsinkidə UEFA Super Kuboku uğrunda oyun keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, İspaniyanın "Real Madrid" və Almaniyanın "Ayntraxt" (Frankfurt) komandaları arasında Helsinki Olimpiya Stadionunda oynanılan görüşü ingiltərəli FIFA referisi Maykl Oliver idarə edib.

Qarşılaşma "kral klubu"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 37-ci dəqiqədə David Alaba və 65-ci dəqiqədə Kərim Benzema vurublar.

5-ci dəfə Superkuboku qazanan "Real Madrid" bu göstəricidə İspaniyanın "Barselona" və İtaliyanın "Milan" klublarına çatıb. Hazırda bu 3 komanda titula ən çox sahib çıxan kollektivlərdir.

UEFA Super Kuboku

10 avqust

23:00. "Real Madrid" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 2:0

Qollar: David Alaba, 37. Kərim Benzema, 65

Baş hakim: Maykl Oliver

Helsinki Olimpiya Stadionu

Qeyd edək ki, UEFA qu qarşılaşmada ilk dəfə Yarı Avtomatlaşdırılmış Ofsayd Texnologiyasını tətbiq edib. Yeni sistem hər oyunçunun 29 fərqli bədən nöqtəsini izləyə bilən xüsusi kameralar sayəsində işləyib.

***23:18

UEFA Super Kuboku uğrunda oyuna start verilib.

İspaniya “Real Madrid”i ilə Almaniya “Ayntraxt”ının qarşılaşdığı oyun Finlandiyanın paytaxtı Helsinkidə keçirilir.

Qeyd edək ki, “Real” Çempionlar Liqasının, “Ayntraxt” isə Avropa Liqasının qalibi olub.

BAKU.WS