SİZİN REKLAM BURADA!
055 213 76 73


Argentinalı ulduz futbolçu Lionel Messi Fransanın PSJ klubundakı karyerası ilə bağlı qərar verib.

BAKU.WS "report”a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu Paris təmsilçisinin rəhbərliyinə növbəti mövsüm komandada qalacağını bildirib.

Qeyd edək ki, Lionel Messi ötən ilin avqustundan İspaniya "Barselona"sından PSJ-yə keçib. Onun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.

Forvard cari mövsüm keçirdiyi 17 matçda 6 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

BAKU.WS