SİZİN REKLAM BURADA!
055 213 76 73


FIFA və UEFA Rusiya klubları və yığmalarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, ölkə millisi 2022-ci il dünya çempionatının pley-off mərhələsində oynaya bilməyəcək və bununla da Qətərdə təşkil olunacaq mundialı buraxacaq.

Eyni zamanda "Spartak" Avropa Liqasının 1/8 final mərhələsində Almaniya "Leyptsiq"i ilə qarşılaşmalarda iştirak etməyəcək. "Leyptsiq" oynamadan növbəti mərhələyə yüksələcək.

Martın 24-də Rusiyanın kişilərdən ibarət komandası 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının finalına çıxmaq üçün pley-off turnirinin yarımfinalında Polşa komandası ilə Moskvada oynamalı idi. Digər yarımfinalda isə İsveç və Çexiya komandaları qarşılaşacaq.

Turnirin qalibi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq. Rusiyanın qadınlardan ibarət komandası iyulun 6-dan 31-dək İngiltərədə keçiriləcək Avropa çempionatında iştirak etməli idi.

BAKU.WS