"Tata Steel": Məmmədyarov ABŞ şahmatçısı ilə heç-heçə etdi

26
yan
2022
21:36
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 37 yaşlı qrossmeyster X turda ABŞ-dan olan Sem Şenklendlə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 29-cu gedişdə heç-heçəyə razılaşıb.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran Məmmədyarov 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 7 xalı olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.
Oxşar xəbərlər
"Tata Steel": Şəhriyar Məmmədyarov Karlsenə uduzdu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib. BAKU.WS "Report"a istina...