SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Keşlə" Sumqayıtda eyniadlı komandanın qonağı olub. "Kapital Bank Arena"da oynanılan qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bakı klubunun heyətində qolları 37-ci dəqiqədə Pərviz Azadov, 47-ci dəqiqədə Rəhman Hacıyev və 80-ci dəqiqədə penaltidən Felipe Santos vurub. Meydan sahiblərindən isə 84-cü dəqiqədə Cəmaləddin Xocaniyazov fərqlənib.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran "Keşlə" 5-ci pilləyə yüksəlib. 12 xalı olan "Sumqayıt" isə 7-ci sıraya geriləyib.

Qeyd edək ki, günün ilk oyununda "Neftçi" səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib. Tura dekabrın 16-da keçiriləcək "Səbail" - "Sabah" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.

BAKU.WS