SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsində IX tura start verilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun ilk oyun gününün 4 qarşılaşması artıq yekunlaşıb. Bu matçların hamısı postsovet məkanında gerçəkləşib.

H qrupunda Rusiya yığması evdə Kipri 6:0 hesabı ilə darmadağın edərək, final vəsiqəsinə birbaşa vəsiqəni böyük ölçüdə təmin edib.

B qrupunda Gürcüstan millisi İsveç üzərində gözlənilmədən qələbə qazanıb. Hər iki qolu Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya vurub. Bu görüşdə həm də "Zirə"nin hücumçusu Davit Volkov qonşu ölkə yığmasının heyətində debüt edib. O, 70-ci dəqiqədə meydana daxil olub.

J qrupunda isə Ermənistan evdə Şimali Makedoniyaya 0:5 hesabı ilə uduzaraq, pley-off ümidlərini böyük ölçüdə itirib.

DÇ-2022, seçmə mərhələ
IX tur
11 noyabr

A qrupu

21:00. Azərbaycan - Lüksemburq - 1:3

Qollar: Azər Salahlı, 82 - Gerson Rodriges, 67; 90+1. Sebastyan Till, 78

Qırmızı vərəqə: Tellur Mütəllimov, 21 (Azərbaycan)

B qrupu

21:00. Gürcüstan - İsveç - 2:0

Qollar: Xviça Kvaratsxeliya, 61; 77

H qrupu

21:00. Rusiya - Kipr - 6:0

Qollar: Aleksandr Yeroxin, 4; 87. Fyodor Smolov, 55. Andrey Mostovoy, 56. Aleksey Sutormin, 62. Anton Zabolotnı, 82

J qrupu

21:00. Ermənistan - Şimali Makedoniya - 0:5

Qollar: Aleksandar Traykovski, 22. Enis Bardi, 36; 67 (pen.); 90 (pen.). Milan Ristovski, 79

BAKU.WS