SİZİN REKLAM BURADA!
055 213 76 73


Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin içki masasında görüntüləri yayılıb.

BAKU.WS Report-a istinadla xəbər verir ki, "Polskatimes" nəşrində məlumat verilib. Qeyd edilib ki, 24 yaşlı hücumçunun komanda yoldaşı Yoel Abu Hanna ilə fotosu tviterdə paylaşılıb.

Fotonun avqustda çəkildiyi yazılıb. Polşa mətbuatının iddiasına görə, Emrelinin Abu Hanna ilə spirtli içki qəbul edib.

Qeyd edək ki, "Legiya" klubu bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə günahlandıran sabiq hücumçusu Voytsex Kovalçiki məhkəməyə verir. Polşa mətbuatında Kovalçikin ittiham etdiyi futbolçular arasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də olduğu yazılıb.

 

BAKU.WS