SİZİN REKLAM BURADA!
055 213 76 73


Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olub.

BAKU.WS-in məlumatına görə, Lüksemburq stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

***23:23

Millimiz Lüksemburqla oyunda ikinci qolu buraxıb.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Oyunun 28-ci dəqiqəsində Gelson Rodriges penalti zərbəsindən sonra fərqi artırıb.

Qeyd edək ki, birinci qolu qarşılaşmanın 8-ci dəqiqəsində rəqibin futbolçusu Qonçalves Pinto vurub.

***23:06

Lüksemburq və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyunu start götürüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, görüşü Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.

"Qarabağ"ın futbolçusu Filip Ozobiç Azərbaycan millisində debüt edib.

Xorvatiyalı müdafiəçi səfərdə Lüksemburqa qarşı dünya çempionatının seçmə mərhələ oyununda start heyətində meydana çıxıb. O, yığmanın formasını geyinən ilk xorvatiyalı oyunçu kimi tarixə düşüb.

BAKU.WS
VİDEO