SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında sonuncu görüşünü Meltem Akyol Hocaoğluya (Türkiyə) qarşı keçirib. 

BAKU.WS xəbər verir ki, idmançımız 4:0 hesabı ilə rəqibindən üstün olub. 

Dünya çempionu A qrupundakı 3 görüşünü qələbə ilə başa vuraraq yarımfinala yüksəlib. Bununla da 25 yaşlı idmançı ən azı bürünc medalı təmin edib.

*** 10:54

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında üçüncü görüşünü keçirib.

BAKU.WS xəbər verir ki, idmançımız bu dəfə Sofya Berultsevaya (Qazaxıstan) 4:5 hesabı ilə məğlub olub.

O, qrupda sonuncu qarşılaşmasını Meltem Akyol Hocaoğluya (Türkiyə) qarşı keçirəcək.

*** 10:27

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

BAKU.WS xəbər verir ki, idmançımız Silviya Semeraroya (İtaliya) 3:2 hesabı ilə qalib gəlməyi bacarıb.

Qeyd edək ki, qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.

***09:37

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə uğurlu start verib.

BAKU.WS xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançımız A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusaya qalib gəlib.

Zaretska rəqibindən 4:1 hesabı ilə üstün olub. O, qrupda növbəti döyüşünü Silviya Semeraroya (İtaliya) qarşı keçirəcək.

BAKU.WS