SİZİN REKLAM BURADA!
055 213 76 73


AVRO-2020 çərçivəsində İtaliya millisi İsveçrə kollektivini 3:0 hesabı ilə məğlub edib. Mançininin yetirmələri qrupun ilk matçında Türkiyə yığmasını eyni hesabla məğlub etmişdilər.

***23.37

A qrupunun Romada keçirilən Italiya – İsveçrə oyununda hesab açıldı.

BAKU.WS istinadən xəbər verir ki, Domeniko Berardinin məhsuldar ötürməsindən sonra Manuel Lokatelli 26-cı dəqiqədə hesabı açdı.

Roma Olimpiya Stadionunda keçirilən görüş üçün komandalar meydana bu taktiki düzülüş və heyətlə çıxıb.

İtaliya (4-3-3): Canluici Donnarumma, Di Lorentso, Bonuççi, Kyellini (kapitan), Spinatsola, Barella, Jorjinyo, Lokatelli, Berardi, İmmobile, İnsinye

İsveçrə (3-2-3-2): Zomer, Akanji, Şer, Elvedi, Caka (kapitan), Froyler, Rodriqes, Şakiri, Mbabu, Embolo, Seferoviç

BAKU.WS