SİZİN REKLAM BURADA!
055 213 76 73


Karlo Ancelotti Madrid “Real”ının baş məşqçisi təyin olunub.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə kral klubunun mətbuat xidməti məlumat yayıb.

O, bu postda mayın 27-də komandanı tərk etmiş Zinəddin Zidanı əvəzləyib.

Qeyd edək ki, Ancelotti 2013-2015-ci illərdə “Real”ı çalışdırıb və komanda ilə İspaniya Kubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb.

BAKU.WS